İnformatika və Statistika İdarəsinin yaranması
Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsi, Səhiyyə Nazirliyinin 07.03.1997-ci il tarixli 29 nömrəli əmrilə Respublika Məlumat və Hesablama Mərkəzi və Respublika Tibbi Statistika bürosunun birləşdirilməsi əsasında yaradılmışdır. Onun ilk rəisi vəzifəsinə Fəxrəddin Mənsur oğlu Əliyev təyin edilmişdir.
İdarənin yaradılmasında əsas məqsəd ölkə əhalisinin demoqrafik vəziyyəti, orada cərəyan edən təmayüllər, fiziki inkişaf, doğum, ölüm, ətraf mühitin ekoloji dəyişmələrinin insanların sağlamlığına təsiri və s. bu kimi zəruri məlumatların toplanması, onlar üzrə kompleks tədbirlərin planlaşdırılması və həyata keçirilməsi, tibbi statistika sahəsində müstəqil siyasət göstərməsi, nazirlik tərəfindən həvalə edilən vəzifələrin icra səviyyəsinin düzgün istiqamətləndirilməsi labüdlüyündən irəli gəlmişdir. Qeyd edilənləri nəzərə alaraq bu adı çəkilən və bir birini tamamlayan hər iki xidmətlərin birləşdirilməsi və Respublika səhiyyə sisteminin informatika və statistika fəaliyyətinin daha da təkmilləşdirilməsi qərarı məqsədyönlü hesab edilmiş və zaman göstərdiyi kimi özünü doğrultmuşdur.
İnformatika və Statistika İdarəsinin əsasnaməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 17.04.1997-ci il tarixdə 1959 qeydiyyat nömrəsilə təsdiq olunmuş və bu barədə dövlət qeydiyyatı haqqında Şəhadətnamə verilmişdir. Adı çəkilən sənəd əsasında müəssisəyə Vergi Müfəttişliyi Dövlət Reyster xidməti Dövlət Sosial Müdafiə Fondu və digər qeydiyyat və nəzarət strukturlarının kod nişanları təqdim olunmuşdur.
İnformatika və Statistika İdarəsi mövcud qanunvericiliyi Ədliyyə Nazirliyi və Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş əsasnaməyə uyğun fəaliyyət göstərir.